Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda son oyununu bu gün keçirəcək. Yığmamız Bakı vaxtı ilə saat 22:00-da Enkamp şəhərində Andorra komandası ilə qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də Lixtenşteyn yığmasını 1:0 hesabı ilə məğlub edib. UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün ümumilikdə 10 qarşılaşma keçiriləcək.
16 noyabr 2026

