Azərbaycan millisi bu gün Lixtenşteynlə qarşılaşacaq
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.Kollektiv saat 20:00-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn yığması ilə üz-üzə gələcək.Millimizin baş məşqçisi Ayxan Abbasov oyun öncəsi deyib ki, Millətlər Liqasının D Liqasının 2-ci qrupunda ilk pilləni tutmaq üçün Lixtenşteyn üzərində qələbə vacibdir. O, rəqibin əks-hücumlara üstünlük verəcəyini, komandasının isə azarkeşlər önündə qələbə qazanmağa çalışacağını deyib. Abbasov həmçinin Renat Dadaşovun zədə səbəbindən qarşıdakı oyunda iştirak etməyəcəyini bildirib.
1 oktyabr 2026

