Canlı
Azərbaycan millisi bu gün Farer adalarının qonağı olacaq

2018-10-11 / 08:46

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında 3-cü oyununa çıxacaq. Komandamız səfərdə Farer adalarının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Yığmamız oktyabrın 14-də isə 4-cü tur çərçivəsində Maltanı qəbul edəcək.

Vəfa Şairova