Azərbaycan millisi Andorranı məğlub edib
Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra yığmasını 3:1 hesabı ilə məğlub edib.Digər tərəfdən, UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun növbəti oyunları da baş tutub. Litva evdə Lixtenşteyni 2:1 hesabı ilə məğlub edib. Almaniya Niderlandı 5:0, Yunanıstan Serbiyanı 1:0, İsveçrə Şotlandiyanı 4:0, Sloveniya Şimali Makedoniyanı 3:0 hesabı ilə üstələyib. İslandiya Lüksemburqa 3:0, Estoniya Bolqarıstana 2:1 hesabı ilə qalib gəlib. Farer adaları Moldova üzərində 1:0 hesablı qələbə qazanıb, Qazaxıstan-Slovakiya görüşü 2:2, Cəbəllüttariq-Malta matçı isə 1:1 hesabı ilə başa çatıb.
17 noyabr 2026

