Azərbaycan millisi 1-ci MDB oyunlarındakı medal sayını 34-ə çatdırıb
2021-09-08 10:10
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Azərbaycan komandası daha 2 medal qazanıb. Tayboksçularımız Əli Əliyev 60 kiloqram, Məhər Əsədzadə isə 63,5 kiloqram çəki dərəcələrində üçüncü yeri tutublar. Bununla da millimizin qazandığı medalların ümumi sayı 34-ə çatıb. Onlardan 11-i qızıl, 6-sı gümüş, 17-si bürüncdür.
Nərgiz camal