2021-03-08 10:10
İspaniya La Liqasının 26-cı turunda "Atletiko" və "Real Madrid" komandaları qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Atletiko" 25 matçda 59 xal yığaraq İspaniya çempionatının yarış cədvəlində liderliyini davam etdirir. Onu 56 xalla "Barselona" və 54 xalla "Real Madrid" təqib edir. "Atletiko" növbəti turda martın 10-da “Atletik”i qəbul edəcək. "Real Madrid" isə bundan 3 gün sonra ev oyununda "Elçe" ilə qarşılaşacaq. İngiltərə Premyer Liqasında isə 28-ci turun mərkəzi görüşü ev sahibi "Mançester Siti" və "Mançester Yunayted" komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. "şəhərlilər" 28 qarşılaşmadan 65 xalla 1-ci yerdə qərarlaşıblar. "Mançester Yunayted" isə 54 xalla 2-cidir.
Fərid Mehdiyev