Azərbaycan milli komandalarının heyəti müəyyənləşib
2021-10-16 14:10
Yaponiyada keçiriləcək bədii gimnastika üzrə 38-ci dünya çempionatı və idman gimnastikası üzrə 50-ci dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib. Oktyabrın 18-dən 24-dək idman gimnastikası üzrə dünya çempionatında Azərbaycanı 3 idmançı, oktyabrın 27-dən 31-dək Bədii gimnastika üzrə dünya çempionatında isə 7 gimnast təmsil edəcək.
Nərgiz camal