Canlı
Azərbaycan məhsullarını daha çox ermənilər öz adlarına çıxır

2017-12-06 / 16:00

Azərbaycanın ərzaq məhsulları və şərab brendləri oğurlanaraq müxtəlif ölkələrin istehsalçılarının adına çıxılır. Azərbaycan brendlərini ən çox öz adına çıxan ölkə isə Ermənistandır. Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin sədri Ramiz Həsənov bu barədə danışıb. Komitə sədri coğrafi göstəricilərin, milli brendlərin qorunması, texniki tənzimlənməsi barədə qanunun artıq qəbul olunduğunu və ilin sonunadək təsdiqlənəcəyini də bildirib.

Fərid Mehdiyev