Canlı
Azərbaycan Kubokunda 27-ci mövsümə start verilir

2018-12-06 / 12:02

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 27-ci mövsümə start veriləcək. Ölkə kuboku uğrunda mübarizə 1/8 final mərhələsindən başlayacaq. “Kəpəz” klubu ilk mərhələdən yarışa qoşulacaq. “Sarı-göylər”in rəqibi Premyer Liqada çıxış edən “Səbail” klubu olacaq. Gəncə şəhər stadionunda keçiriləcək oyunun startı saat 13:30-da veriləcək. Bu mərhələ bir görüşdən ibarətdir.

Ruhəngiz Hacızadə