Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün start veriləcək
Futbol üzrə Azərbaycan Kubokunda bu gün 2023/2024 mövsümünə start verilib. İlk gündə I təsnifat mərhələsinin 3 oyunu keçiriləcək. Hazırda “Füzuli” – “Lerik” və “Qusar” – “Şahdağ Qusar” qarşılaşması keçirilir. Saat 14:30-da isə “Göygöl” – “Dinamo” görüşü keçiriləcək. Cütlərin qalibləri II təsnifat mərhələsinə yüksələcəklər. Raundun digər matçları noyabrın 19-20-də keçiriləcək.
Nərgiz Camalzadə