Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb
Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb. 32-ci dəfə təşkil olunacaq turnirdə 34 komanda iştirak edəcək. Mövsümə noyabrın 18-19-da keçiriləcək I təsnifat mərhələsinin oyunları ilə start veriləcək. II raund 28-30 noyabr tarixlərində baş tutacaq. 1/8 final matçları isə dekabrın 19-21-i aralığında olacaq. 2-ci raunddan mübarzəyə qoşulacaq “Kəpəz” “Baku Sportinq” - “Kürmük Qax” cütünün qalibi ilə üz-üzə gələcək.
Lalə Nəsib