Azərbaycan kubokunda 2021/22 mövsümü başa çatıb
2021-05-28 10:12
Azərbaycan kubokunda 2021/22 mövsümü başa çatıb. 30-cu ölkə kubokunun qalibi Qəbələ şəhər stadionundakı final matçında müəyyənləşib. Həlledici görüşdə çempion “Qarabağ”la bürünc mükafatçısı “Zirə” üz-üzə gəlib. Qarşılaşmanın əsas hissəsi 1:1 hesabı ilə yekunlaşdığından və əlavə vaxtda da hesab dəyişmədiyindən kubokun sahibi penaltilər seriyasında məlum olub. Zərbələri daha dəqiq yerinə yetirən “Qarabağ” 7-ci dəfə bu titula yiyələnib.
Vüsalə camal