Azərbaycan Kuboku: "Kəpəz"in II təsnifat mərhələsindəki rəqibi bilinib
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 oyunu keçirilib. “Cəbrayıl” “Ağdaş”ı 2:0, “Kür-Araz” “Sheki City”ni2:1, “Baku Sportinq” isə “Kürmük Qax”ı6:0məğlub edib. Beləliklə, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Həmin raundda “Cəbrayıl” səfərdə MOİK-lə, “Kür-Araz” evdə “Araz-Naxçıvan”la qarşılaşacaq, “Baku Sportinq” isə “Kəpəz”in qonağı olacaq. II raundun görüşləri noyabrın 28-30-da baş tutacaq. I təsnifat mərhələsinə bu gün keçiriləcək “Şəfa” – “Şəmkir” oyunu ilə yekun vurulacaq.
Emin İsazadə