Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
“Kəpəz” futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.Gəncə təmsilçisi ikinci təsnifat mərhələsində “Baku Sportinq”lə qarşılaşmada 3:1 hesablı qələbə qazanıb.Günün digər oyunlarında “İmişli” “Qaradağ Lökbatan”ı 4:1, “Şamaxı” “Hypers”i 5:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şəfa” isə “Ağstafa Gəncləri”ni 9:2 hesabı ilə məğlub edib.Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
29 oktyabr 2026

