Azərbaycan karateçiləri Avropa Kubokunda iştirak ediblər, nəticələr barədə Kəpəzxəbərdə

2019-11-08 12:07

Azərbaycan karateçiləri Macarıstanın Monor şəhərində təşkil olunan Avropa Kubokunda iştirak ediblər. Vodokay karate üzrə 47-ci yarışda idmançılarımız uğurlu nəticə göstəriblər. Millimizin üzvləri fərdi yarışlarda 2 qızıl, 3 gümüş və 1 bürünc medal, komanda hesabında isə qızıl mükafata sahib olublar. Avropa Kubokunda 15 ölkədən 600-dən artıq karateçi mübarizə aparıb.

Ruhəngiz Hacızadə