Azərbaycan kənardan idarəedilən 4 minatəmizləyən robot alıb
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən alınan və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Azad edilmiş ərazilərdə yanğından mühafizə üçün 150 xüsusi təyinatlı yanğınsöndürən avtomobillə təmin edilib. Kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot azad olunan rayonlarda piyada və tank əleyhinə minalarla çirklənən ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq. 65 təcili tibbi yardım avtomobilinin bəziləri isə dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edəcək.