Azərbaycan könüllüləri zəlzələdən sonra zərərçəkənlərə xidmətlərini davam edirlər
Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş, Hatay, Adıyaman ilə yanaşı, ilk dəfə Malatyada da yerli sakinlərə xidmət ediblər. Artıq 10 gündən çoxdur ki, təbii fəlakət bölgələrindəki çadır şəhərciklərində çalışan könüllü gənclərimiz minlərlə zərərçəkən şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edir.
Nərgiz Camalzadə