Azərbaycan İtalya şirkətlərinin işğaldan azad edilən ərazilərdə fəaliyyətini yüksək qiymətləndirir
2021-04-02 14:12
İtalyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı sevindiricidir. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşdə Prezident İlham Əliyev bildirib ki, İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulmasını mühüm hadisə hesab edən dövlət başçısı İtaliyaya səfərə dəvət edilib.
Nərgiz camal