Canlı
Azərbaycan istehsalı olan məhsullar Çində sərgilənəcək

2018-06-13 / 18:07

İyunun 15-18-də Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələrin Çinə ixrac olunan məhsullarının sərgisi keçiriləcək. Çin İşgüzar Şurasının və Çindao Şəhər Xalq Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticarət və iqtisadi əməkdaşlıq əlaqələrini təşviq etməkdir. Ölkəmizin Çindəki səfirliyinin hazırladığı milli pavilyonda Azərbaycan istehsalı olan məhsullar nümayiş olunacaq.

Vüsalə Camal