Azərbaycan-İran sərhədində səyyar hospitallar yaradılır
2020-02-28 10:00
İranla sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır. Nazirlər Kabinetinin yanında qərargahın qəbul etdiyi qərara əsasən yaradılan belə hospitallarda ilkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.
Fərid Mehdiyev