Azərbaycan-İran sərhədində sərhəd pozucusu vurulub

2019-11-04 12:02

Sərhəd naryadı “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd edən Cəlilabad sakini, 25 yaşlı Tural Əmirovu zərərsizləşdirib. Çantasından 12 kq 340 qram narkotik vasitələr, 1 ədəd tapança, 1 ədəd daraq, 8 ədəd patron aşkar olunub. Sərhəd pozucusunu qarşılayan “Niva” markalı avtomobildə olan Biləsuvar sakini 28 yaşlı Elgün Həsənov və Mingəçevir sakini 24 yaşlı Orxan saxlanılıblar.

Ruhəngiz Hacızadə