2020-04-23 10:05
“Göytəpə” sərhəd dəstəsinin Yardımlının Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər. Bu zaman silah tətbiq olunub və sərhəd pozucularından 1-i yaralanıb. Digərləri geri qaçıblar. Yaralanan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Ərazidə ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd patron, 1 ədəd patron gilizi aşkar olunub.
Fərid Mehdiyev