Azərbaycan-İran dövlət sərhədində insident olub, bir nəfər zərərsizləşdirilib, digəri isə axtarılır
2021-04-08 12:10
Aprelin 7-si saat 21:25 radələrində Cəlilabadın Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfərin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə olunub. “Dayan” əmrinə və xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər. Onlardan biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə gizlənib, axtarışı davam etdirilir. Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli "Kalaşnikov" avtomatı, 24 kiloqram 730 qram narkotik vasitə və 300 ədəd metadon 40 psixotrop tərkibli həblər aşkar olunub. Saxlanılan şəxs isə özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.
Nərgiz camal