Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Azərbaycan-Pakistan-Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Lalə Nəsib