Azərbaycan idmançıları dünya çempionatında 3 medal qazanıblar
Azərbaycan muaytayçıları BƏƏ-də keçirilən gənclər arasında dünya çempionatında 3 medal qazanıblar. İdmançılardan Elmir Talıbov və Ömər Mehrəliyev gümüş, Ramal Səmədzadə isə bürünc medala yiyələnib.