Azərbaycan işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət göstərən Vartan Sirmakesin tutulması üçün İsveçrəyə müraciət etdi

Azərbaycanın Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirliklərindən daxil olmuş, İsveçrə Konfederasiyasının vətəndaşı - “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyəti ilə bağlı materiallarda göstərilən xüsusatlar Baş Prokurorluqda araşdırılıb. Faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb. Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müvafiq qaydada hüquqi yardım göstərilməsi barədə vəsatət göndərilib.