Azərbaycan HHQ-nin zenit-raket divizionunun komplekslərində döyüş-sınaq atışları keçirilib

Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti “Buk-MB” zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib. Atışlarda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib. Mütəxəssislər tərəfindən zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də döyüş atışlarının keçirilməsinə ayrılmış güc və vasitələr, şəxsi heyət barədə məlumat verilib.

Rühəngiz Hacızadə