"Azərbaycan Hava Yolları" QSC-də yoxlamalara başlanılıb
2021-04-20 18:08
Hüquq mühafizə orqanlarına göndərilmiş materiallar üzrə dövlətə dəyən ziyanla bağlı 2,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Hesablama Palatasının hesabatında qeyd edilib ki, Təhsil Nazirliyində, Mərkəzi Seçki Komissiyasında və “COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində vergi ödəyicilərinə ayrılan maliyyə dəstəyinin icrasında pozuntular aşkarlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə vahid xəzinə hesabının qalığını gəlirə aid etmədiyi məlum olub. Bundan əlavə "Azərbaycan Hava Yolları" QSC-də yoxlamalara başlanılıb.
Nərgiz camal