Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları beynəlxalq təlimdə iştirak edəcəklər
2021-05-16 10:00
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları bu gündən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcəklər. İştirakçılar artıq təlimin keçiriləcəyi Türkiyənin Konya şəhərinə yola düşüblər. Müdafiə Nazirliyinin məlumatına görə, mayın 16-dan 27-dək davam edəcək təlimə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri də cəlb olunub.
Nərgiz camal