Azərbaycan hərbçiləri Naxçıvanda təlimlərə başlayıblar
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə, komanda-qərargah təlimləri başlayıb. Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı, mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması nəzərdə tutulur. Təlimlər, oktyabrın 8-dək davam edəcək.