Azərbaycan həqiqətləri Kanada ictimaiyyətinin diqqətinə çatdırılıb
2020-11-16 16:04
Kanadada yaşayan azərbaycanlı gənclər Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələrimizdə erməni terroru nəticəsində həlak olan mülki vətəndaşların xatirəsini anıblar. Azərbaycan həqiqətlərini Kanada ictimaiyyətinin diqqətinə çatdırıblar. Aksiya yerli medianın diqqətini çəkib, bu barədə müxtəlif media orqanlarında ətraflı məlumat dərc olunub.
Vüsalə Camal