Canlı
Azərbaycan həmsdrlərdən nə gözləyir?

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi məqsədi ilə əməli addımların atılmasını gözləyir. Azərbaycanın ATƏT yanında nümayəndə heyəti qurumun Daimi Şurasının 1163-cü iclasında bəyan edib ki, münaqişənin həlli üçün mərhələli həll variantına alternativ yoxdur. Nümayəndə heyəti qeyd edib ki, prezidentlərin Cenevrə görüşündən əvvəl və dərhal sonra Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyənatlar İrəvanın həqiqi niyyətinə dair suallar doğurur.

Fərid Mehdizadə