Canlı
Azərbaycan Həcc ziyarətinə görə Səudiyyə Ərəbistanına müraciət edə bilər

2018-05-16 / 16:10

Azərbaycan Həcc ziyarətinə kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət edə bilər. QMİ-nin məlumatına görə, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota üzrə 1440 zəvvar sənəd verib. Ancaq Həcc ziyarəti üçün əlavə müraciət edənlər var və müraciətlər davam edir. Sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam etməlidir, ziyarətin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

Fərid Mehdiyev