Azərbaycan hökuməti WUF13-ün statusunun yüksəldilməsi təşəbbüsü ilə çıxış edib
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələri Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli görüşün hesabatına, eləcə də BMT Baş katibinin sentyabrda təqdim olunacaq məruzəsinə daxil ediləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Gülşən Rzayevanın sözlərinə görə, forumun statusunun yüksəldilməsi istiqamətində Azərbaycan təşəbbüslə çıxış edib. O bildirib ki, WUF13 çərçivəsində 40-dan çox sessiya və 350-dən artıq tədbir keçiriləcək. Bakı isə artıq beynəlxalq iştirakçıları qəbul etməyə hazırdır.
30 aprel 2026

