Azərbaycan hökuməti istefa verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq və müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib. Dövlət Himni səsləndirildikdən sonra təzim edərək, Dövlət Bayrağını öpüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib. Konstitusiyanın 116-cı maddəsinə əsasən, Yeni seçilmiş Azərbaycan Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı üçün Nazirlər Kabineti istefa verib.
Fərid Mehdiyev