Azərbaycan gimnastları Avropa birinciliyindən kənarda qalıb
2020-12-09 12:09
Azərbaycan milli komandası bu gün Türkiyənin Mersin şəhərində startı veriləcək kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatında iştirak etməyəcək. Yarış ərəfəsində Azərbaycan gimnastları koronavirusa qarşı müayinədən keçiblər və üç idmançının test nəticələri pozitiv çıxıb. Hazırda COVID-19 ilə bağlı testlərin nəticələri müsbət çıxan üç azərbaycanlı idmançı karantina alınıb və Türkiyədə müalicə olunur. Komandanın qalan hissəsi Bakıya qayıdacaq və təcrid ediləcək.
Nərgiz Camal