Azərbaycan Gürcüstan və Türkiyə ilə Orta Dəhlizin potensialını müzakirə edib
Azərbaycan, Gürcüstan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə edib.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Nazir bildirib ki, Gürcüstan–Azərbaycan–Türkiyə biznes forumunda iqtisadi inteqrasiyanın gücləndirilməsi, enerji resurslarından səmərəli istifadə, Orta Dəhlizin inkişafı, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsi və ixrac imkanlarının artırılması məsələləri dəyərləndirilib.Qeyd edək ki, VII Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu Gürcüstanın Kaxeti regionunda keçirilir.
26 fevral 2026

