Azərbaycan-Gürcüstan sərhəddində gözləyən yük maşınlarının sayı artıb
“Qırmızı Körpü” gömrük postunda hazırda 1390 avtomobil gözləyir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, bu ötən günə nisbətən gözləyən avtomobillərin sayında 105 avtomobil artım deməkdir. Buna səbəb Gürcüstan-Rusiya sərhəddində hava şəraiti ilə əlaqədar hərəkətin məhdudlaşdırılmasıdır.
Fərid Mehdiyev