Azərbaycan güləşçisi dünya çempionatının favoritləri sırasında yer alıb
2021-09-29 14:10
Osloda keçiriləcək güləş üzrə dünya çempionatı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarının 25 medalçısı sifariş olunub. Dünya Güləş Birliyindən verilən məlumata görə, onların arasında Azərbaycanın 1 təmsilçisi yer alıb. Bu, 82 kq çəki dərəcəsində bürünc medal qazanmış yunan-Roma güləşçisi Rafiq Hüseynovdur. Həmin çəkidə digər medalçılar iştirak etməyəcəklərindən, Hüseynov qarşılaşmalara favorit qismində çıxacaq.
Vüsalə camal