Azərbaycan güləşçisi Avropa çempionu olub
2021-03-09 10:08
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışda millimizin 4 üzvü medal qazanıb. Xasay Həsənli Avropa çempionu olub. Yığmamızın digər üzvlərindən Ziya Babaşov gümüş, Laçın Vəliyev ilə Sərxan Məmmədov isə bürünc medala sahib çıxıb.
Nərgiz camal