Azərbaycan güləşçiləri beynəlxalq turnirlərdə üç medal qazanıblar
Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. İki təmsilçimiz Rəşid Babazadə və Şamil Zubairov turnirdə üçüncü yeri tutub. Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. İdmançımız Məhəmməd Şükürzadə bürünc medal əldə edib.
Lalə Nəsib