Azərbaycan Fransaya nota verib
Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılaraq, Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı etiraz notası təqdim edilib. Tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnaməni rəsmi Bakı qətiyyətlə rədd edir. Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirdiyi diqqətə çatdırılıb. Fransanın müvəqqəti işlər vəkili rəsmi Bakının müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.