Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti təhvil verilib
Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti Hərbi Prokurorluğun iştirakı ilə baxış keçirildikdən və üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, humanitar proses davam etdiriləcək. Daha əvvəl Ermənistanın 32 hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.