"Azərbaycan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır”-XİN
Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadənin sözlərinə görə, etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının etiraz aksiyası qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.