Canlı
Azərbaycan dolması YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib

2017-12-06 / 14:09

Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Cənubi Koreyanın Çecudo adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında 34 yeni sifariş müzakirə edilib. Azərbaycan həmin sessiyada milli dolma xörəyinin hazırlanması reseptinin bu siyahıya daxil edilməsi barədə müraciəti müsbət qarşılanıb və müvafiq olaraq Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Vüsalə Camal