Azərbaycan doğum səviyyəsinə görə Qafqazda liderdir
2020-02-03 16:00
Doğum səviyyəsinə görə dünya ölkələri arasında Azərbaycan orta yerlərdən birini tutur. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin tərtib etdiyi reytinqdə Azərbaycan 229 ölkə arasında 126-cı yerdədir. Ölkədə hər 10 min əhaliyə 145 doğum hadisəsi düşür. Bu ilin yanvarında doğumu qeydə alınan körpələrdən oğlan uşaqlarına daha çox Əli, Murad və Uğur, qız uşaqlarına isə Zəhra, Aylin və Nilay adı verilib.
Nərgiz camal