Azərbaycan diplomatları özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər. Hikmət Hacıyev
2020-11-13 10:06
Azərbaycanın Rusiyadakı səfirinin helikopterin vurulması məsələsi ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz. Prezidentin köməkçisi Hikmət Hacıyev onu da bildirib ki, məsələnin mahiyyətinə varmadan Rusiyadakı səfirin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər.
Fərid Mehdiyev