Azərbaycan dili imtahanından kəsilənlənlər üçün son şans verilir
2021-06-11 14:04
Dövlət İmtahan Mərkəzi iyunun 24-də ikinci dəfə “Azərbaycan dili” fənni üzrə test imtahanı keçirəcək. Prosesdə mayın 20-də keçirilən imtahanda iştirak etməyən cari ilin məzunları; həmin imtahanda qeyri-məqbul qiymət alanlar, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari və əvvəlki illərin məzunları iştirak edəcəklər.
Vüsalə Camal