Azərbaycan dili fənni üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri açıqlanıb
Azərbaycan dili imtahanının nəticələri açıqlanıb. DİM-in məlumatına görə, nəticələr rəsmi sayta yerləşdirilib. İmtahanda 29 min 182 nəfərdən 477-si iştirak etməyib.Cari məzunlar üçün maksimum bal 100-dür və nəticə attestata yazılır. Qəbul üçün 50 və daha yuxarı bal “məqbul” sayılır.Əvvəlki illərin məzunları üçün maksimum 30 baldır, “məqbul” üçün isə ən azı 15 bal tələb olunur.Qeyri-məqbul alanlar 21 iyunda keçiriləcək ikinci imtahanda iştirak edə biləcəklər. Apellyasiya müraciətləri 19–21 may tarixlərində qəbul olunacaq.
18 may 2026

