Canlı
Azərbaycan dünyanın ən təhlükəsiz 25-ci ölkəsidir

2018-07-06 / 16:05

Azərbaycan bu il dünyanın ən təhlükəsiz ölkələri siyahısında 25-ci yerdə qərarlaşıb. Bu, Amerika Birləşmiş Ştatlarının ictimai rəy institutu olan "Gallup"un hesabatında əksini tapıb. Nəticələrə görə, Azərbaycan 85 bal toplayıb. Ermənistan 69, Türkiyə 72, Rusiya 98-ci yeri tutub. Siyahıya Sinqapur liderlik edir. Növbəti üç yeri Norveç, İslandiya və Finlandiya qərarlaşıb.

Ruhəngiz Hacızadə